Xəstə və xəstə yaxınlarının hüquqları və vəzifələri
- Xəstə və xəstə yaxınları istənilən vaxt xəstəxanamızda aldığı xidmətlər haqqında detallı məlumat ala bilər.
- Xəstə aldığı müalicə, keçdiyi fizikal, instrumental və laborator müayinələrin nəticələrinin surətini istədiyi vaxt götürə bilər.
- Xəstə və ya ödəyən xəstə yaxını xəstəxanaya ödədiyi məbləğin açıq hesab fakturasını hər mərhələdə tələb edə bilər.
- Xəstə müalicə dövründə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.
- Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna malikdir və xəstəxana bunun üçün bütün imkanları yaratmışdır.